Şaxta lüləsi

yer səthinə çıxışı olan yeraltı şaquli və ya maili mədən qazması.
Şaxta quyusu
Şaxta üsulu ilə neftçıxarma
OBASTAN VİKİ
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.